QAXDA TƏLİM MƏŞQ PROSESİ YEKUNLAŞMAQ ÜZRƏDİR

single-news
2 Avq 2005

QAXDA TƏLİM MƏŞQ PROSESİ YEKUNLAŞMAQ ÜZRƏDİR



"Qarabağ" Futbol Klubu təlim-məşq prosesini davam etdirir. Bakıda məşqlərə başlayan komanda hazırlığın ikinci mərhələsini keçmək üçün Azərbaycanın gözəl guşələrindən biri olan Qaxa yollandılar. Orada 10 günlük məşq prosesi planlaşdıran klub avqustun 4-də Bakıya qayıdacaq. Hazırlığın necə getməsi və klubda son durum haqqında baş məşqçi Elxan Abdullayevin fikirləri: "Komandada əhval-ruhiyyə yüksəkdir. Hazırlığımız plan üzrə gedir. Komandaya dəvət etdiyimiz bəzi legionerlərlə də danışıqlar davam edir. Konkret olaraq, artıq baxışda olan müdafiəçi Bekoviçin səviyyəsi məni qane edir. Digərləri barədə hələ bir söz demək istəmirəm. İki günə Bakıya qayıdıb hazırlığın son mərhələsini orada davam etdirəcəyik. Təəssüf ki, region olduğundan normal yoldaşlıq matçı keçirməkdən məhrum olduq. "Energetik"lə matç son anda alınmadı. "Gəncə" ilə də matç planlaşdırsaq da, sonradan Gəncə səfərimizi də baş tutmadı. Ümumilikdə komandanın hazırki səviyyəsindən razıyam"

Paylaş