“QAZİANTEPSPOR” DAĞILIR?

single-news
11 Dek 2007

“QAZİANTEPSPOR” DAĞILIR?



Türkiyə futbolunda özünəməxsus ənənəsi olan “Qaziantepspor” klubu tarixinin ən ağır günlərini yaşayır. Bir vaxtlar hər kəsin çəkindiyi, hətta bir ara çempionluq uğrunda mübarizə aparan Anadolu təmsilçisi indi çox çətin vəziyyətə düşüb. Dünən məşqə çıxmayan futbolçular 3 aylıq ödəmələrini almadıqları üçün klub rəhbərliyinə ultimatum göndəriblər. Hələ ötən ayın işıq pulunu ödəmədikləri üçün eleltriklərinin kəsilməsinin ardından 1 həftə isidici olmadığından futbolçular isti sudan istifadə edə bilməmişdilər. Nəticədə məşq ləğv olunmuşdu. Üstəlik, klubun argentinalı futbolçusu Zuritaya verilən avtomobilin müəmmalı şəkildə müvafiq dövlət orqanlar tərəfindən müsadirə edilməsi təəccübə səbəb olmuşdu. Bu gün klubun baş məşqçisi Mesut Bakkalın yaranmış vəziyyətə etiraz əlaməti olaraq istefa edəcəyi gözlənilir.

Paylaş

// pop up