QAZZAYEV:" İLK OYUN İDİ Kİ, BELƏ SÖNÜK OYUN İZLƏYİRDİM" - "PARMA" 0 - 0 "OMİK"

single-news
28 Apr 2005

QAZZAYEV:" İLK OYUN İDİ Kİ, BELƏ SÖNÜK OYUN İZLƏYİRDİM" - "PARMA" 0 - 0 "OMİK"



İtaliyada "Parma" UEFA kuboku ilk yarımfinal oyunu çərçivəsində Rusiya "OMİK"ini qəbul etdi. Matç qolsuz bərabərliklə nəticələndi. Matçdan sonra "OMİK"in baş məşqçisi komandasının zəif oyunundan kədərləndiyini gizlətmədi: "Mənə elə gəlir ki, koryeramda bu ilk oyun idi ki, bu qədər az qol vəziyyətləri yaranırdı. Oyun zamanı oyunçularımdan soyuqqanlı olmalarını istədim.Axı onların yeddisi otən oyunlardan aldıqları sarı vərəqələrin təsiri altında idi. Ümumilikdə isə, nəticədən razıyam. Cavab qarşılaşmada yaxşı oyunla azarkeşlərimizi sevindirəcəyik." "Parma"nın baş məşqçisi də komandasının oyunundan razıdır: "Biz qapımızı qoruya bildik. Oyunçularım pis təsir bağışlamadı. Buna görə də rəqib cavab qarşılaşmada irəli atılmalı olacaq ki, bu da bizə əlavə şans verəcək."

Paylaş

// pop up