`Qəbələ` Adamsa tapşırıldı

single-news
12 May 2010

`Qəbələ` Adamsa tapşırıldı



`Qəbələ` Futbol Klubunda baş məşqçi dəyişikliyi reallaşıb. Bölgə komandasını bundan sonra İngiltərə millisi və `Arsenal`ın keçmiş kapitanı Toni Adams çalışdıracaq. 44 yaşlı britaniyalı Qəbələ klubuyla 3 illik müqavilə bağlayıb. Eyni zamanda İngiltərə vətəndaşı Alastair Savyerimutto `Qəbələ`nin baş direktoru təyin edilib. Komandada son 4 ildə baş məşqçi kimi çalışan Ramiz Məmmədov isə Adamsın köməkçisi kimi çalışacaq.

Təqdimat mərasimində verilən məlumata görə qarşıdan gələn mövsümdə `Qəbələ` heç də çempionluğa oynamayacaq. Bir illik hazırlıqdan sonra İngiltərə millisində 66 oyuna 5 qol vurmuş Adams komandasını çempion etmək üçün çalışacaq.

Paylaş

// pop up