“Qəbələ” ilə 60-cı duel

single-news
2 Dek 2023

“Qəbələ” ilə 60-cı duel



“Qarabağ” Misli Premyer Liqasında növbəti oyununu dekabrın 4-də keçirəcək. Komandamız XV turda “Qəbələ” ilə qarşılaşacaq.

 

Bu, komandalar arasında Premyer Liqada 60-cı duel olacaq. Rəqiblər ilk dəfə 2007/08 mövsümündə üz-üzə gəliblər.

 

Bu müddətdə baş tutan 59 oyunda komandamız üstünlüyə malikdir. Hesabında 34 qələbə olan “Qarabağ” 15 dəfə heç-heçə edib və 10 dəfə meydandan xalsız ayrılıb.

 

“Qarabağ” son 7 qarşılaşmada qalib gəlib. Son 21 matçda xalsız qalmayan “Qarabağ” bu müddətdə 17 qələbə qazanıb və 4 sülhə imza atıb. Əvvəlki 59 qarşılaşmada futbolçularımız 95 qol vurub, 45-ni buraxıblar.

 

Komandamız 30-cu dəfə “Qəbələ”ni qəbul edəcək. Evdəki 29 matçda 19 qələbəsi olan “Qarabağ” 7 matçdan bərabərliklə dönüb. Üç görüşdən xalsız ayrılan ağdamlılar top fərqində də öndədirlər – 54-18.

 

Qeyd edək ki, dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Qəbələ” oyunu saat 19:30-da başlayacaq.

 

20.08.2006. Gilan - Qarabağ - 0:2

22.02.2007. Qarabağ - Gilan - 3:2

06.10.2007. Qəbələ - Qarabağ - 1:2

13.04.2008. Qarabağ - Qəbələ - 2:1

20.09.2008. Qəbələ - Qarabağ - 1:2

15.03.2009. Qarabağ - Qəbələ - 0:0

23.09.2009. Qarabağ - Qəbələ - 0:0

06.12.2009. Qəbələ - Qarabağ - 1:1

21.03.2010. Qəbələ - Qarabağ - 3:1

24.04.2010. Qarabağ - Qəbələ - 1:1

25.09.2010. Qəbələ - Qarabağ - 2:1

13.02.2011. Qarabağ - Qəbələ - 3:0

27.08.2011. Qarabağ - Qəbələ - 0:1

21.12.2011. Qəbələ - Qarabağ - 0:0

18.03.2012. Qarabağ - Qəbələ - 1:1

14.04.2012. Qəbələ - Qarabağ - 1:0

31.10.2012. Qarabağ - Qəbələ - 1:2

10.02.2013. Qəbələ - Qarabağ - 1:1

30.03.2013. Qarabağ - Qəbələ - 1:0

28.04.2013. Qəbələ - Qarabağ - 0:2

25.08.2013. Qəbələ - Qarabağ - 0:1

03.11.2013. Qarabağ - Qəbələ - 4:3

08.02.2014. Qəbələ - Qarabağ - 0:1

30.03.2014. Qarabağ - Qəbələ - 3:0

17.10.2014. Qarabağ - Qəbələ - 2:0

14.12.2014. Qəbələ - Qarabağ - 2:1

28.02.2015. Qarabağ - Qəbələ - 0:1

02.05.2015. Qəbələ - Qarabağ - 1:1

10.08.2015. Qəbələ - Qarabağ - 2:2

19.12.2015. Qarabağ - Qəbələ - 1:1

19.03.2016. Qəbələ - Qarabağ - 1:2

11.05.2016. Qarabağ - Qəbələ - 2:0

02.10.2016. Qəbələ - Qarabağ - 2:0

29.11.2016. Qarabağ - Qəbələ - 2:1

19.02.2017. Qəbələ - Qarabağ - 2:0

09.04.2017. Qarabağ - Qəbələ - 0:0

26.08.2017. Qarabağ - Qəbələ - 2:1

22.10.2017. Qəbələ - Qarabağ - 1:0

10.02.2018. Qarabağ - Qəbələ - 0:0

21.05.2018. Qəbələ - Qarabağ - 0:1

23.09.2018. Qarabağ - Qəbələ - 4:1

11.11.2018. Qəbələ - Qarabağ - 1:3

17.02.2019. Qarabağ - Qəbələ - 2:1

07.04.2019. Qəbələ - Qarabağ - 1:2

25.08.2019. Qarabağ - Qəbələ - 3:0

19.10.2019. Qəbələ - Qarabağ - 1:1

17.10.2020. Qarabağ - Qəbələ - 3:0

20.12.2020. Qəbələ - Qarabağ - 1:1

02.03.2021. Qarabağ - Qəbələ - 3:0

25.04.2021. Qəbələ - Qarabağ - 0:5

03.10.2021. Qarabağ - Qəbələ - 2:0

29.11.2021. Qəbələ - Qarabağ - 0:0

06.03.2022. Qarabağ - Qəbələ - 5:1

24.04.2022. Qəbələ - Qarabağ - 0:2

09.10.2022. Qəbələ - Qarabağ - 0:1

13.12.2022. Qarabağ - Qəbələ - 1:0

05.03.2023. Qəbələ - Qarabağ - 1:3

08.05.2023. Qarabağ - Qəbələ - 3:0

25.09.2023. Qəbələ - Qarabağ - 1:2

 

Paylaş