`Qəbələ` - `Qarabağ` 2:2. Əzmlə
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5591.jpg)
`Qəbələ` - `Qarabağ` 2:2. Əzmlə
`QARABAĞ`: Boyan Pavloviç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Rauf Əliyev, Rəşad Sadıxov, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Vaqif Cavadov
1`- Oyun başlayır
6`- `Qarabağ`ın təhlükləli hücumu... Vaqif Cavadov rəqibini keçir, qapıya doğru zərbə... lakin top qapı tirinə dəyir
10`- `Qarabağ` oyunda ərazi üstünlüyünü ələ keçirməyə çalışır
15`- `Qəbələ` hücumu... lakin hücumun qarşısı alınır
20`- Komandamızın əks hücumu... lakin ötürmə bir qədər sürətli olur, Əfran topa çata bilmir
23`- Əfran-Rəşad divar ötürməsi... qapı qarşısındakı Raufa ötürmə... Raufun qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
25`- Daha bir hücum... lakin müdafiəçilər topu meydandan çıxarır
26`- Vaqif künc zərbəsini yerinə yetirir. Lakin qapıya zərbə olmur
28`- Komandamızın əks hücumu... lakin rəqib topu meydandan çıxarır
29`- Vaqif künc zərbəsi yerinə yetirir, lakin Raufun baş zərbəsi qeyri dəqiq olur
31`- `Qəbələ` hücumu... Admir Teli topu uzaqlaşdırır
34`- Vaqif cərimə meydançasına daxil olur. Onun Əfrana ötürməsi, lakin Əfran 3 rəqibinin əhatsəində qapıya zərbə endirə bilmir
35`- Qara Qarayev sarı vərəqə alır
36`- `Qəbələ`dən Mahir Şükürov cərimə zərbəsi yerinə yetirir və top meydandan çıxır
37`- Komandamızın əks hücumu... Rauf sona qədər mübarizə aparır, lakin top meydandan çıxır
38`- Vaqif künc zərbəsi yerinə yetirir, Namiqin əlverişli mövqedən qapıya zərbəsi qeyri dəqiq olur
40`- Daha bir təhlükəli hücumumuz... Lakin Əfranın ötürməsi istənilən kimi alınmır
41`- `Qəbələ`nin əks hücumu... top qapıdan keçir. Hesab açılır 1-0
45`- `Qarabağ` hücumu... lakin nəticəsizdi və Hakim ilk hissəni bitirir
46`- İkinci hissəyə `Qarabağ` hücumla başlayır. Raufun qapıya doğru zərbəsi və top qapıdan keçir. QOOOL! Hesab 1-1
48`- Vaqifin qapıya doğru qüvvətli zərbəsi, lakin qapıçı topu dəf edir
52`- Bu dəqiqələrdə komandamız topa daha çox nəzarət edir
54`- Rauf Əliyev sürətlə irəliləyir... o cərimə meydançasına daxil olur, lakin qapıçı irəli çıxaraq topu tutur
59`- `Qarabağ`ın sürətli əks hücumu... Lakin Əfran topu özündən çox irəli buraxır və top meydandan çıxır
60`- `Qəbələ` künc zərbəsi yerinə yetirir. Qapıya doğru zərbə və Pavloviç topu dəf edir
62`- Aqolli və Rəşad Sadiqovun gözəl paslaşması, lakin Rəşada qarşı qayda pozulur. Hakim isə davam işarəsi verir
64`- Növbəti hücum.. Rəşadın Vaqifə ötürməsi... lakin rəqib topu meydandan çıxarır
66`- `Qəbələ` hücumu... top qapıdan keçir. Hesab 2-1
68`- `Qarabağ`da oyunçu dəyişikliyi... Əfranı Vüqar əvəzləyir
70`- Vüqardan gözəl hərəkətlər... qapıya doğru zərbə, qapıçı topu dəf edir
72`- Rauf zədələnir, ona meydandan kənarda tibbi yardım göstərilir
76`- `Qarabağ`ın ək shücumu... Rəşad Sadıxovun uzaqdan qapıya doğru zərbəsi qüvvətli olmur
77`- `Qarabağ`da oyunçu dəyişikliyi... Muarem Rəşad Sadiqovu əvəzləyir
80`- Raufa qarşı qayda pozulur. Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir, qapıya doğru zərbə,lakin top qapının üstündən keçir
83`- Muaremin qapıya doğru təhlükəli zərbəsi, lakin qapıçı çətinliklə olsa da son anda topu tuta bilir
84`- Daha bir təhlükəli hücumumuz.. Vüqar sürətlə irəliləyir, o cərimə meydançasına daxil olur. Lakin o qapıya zərbə üçün gecikir
86`- `Qəbələ` hücumu.. top uzaqlaşdırılır
90`- Namiq Yusifov irəliləyir... onun Muaremə gözəl ötürməsi.. Muarremin qapıya doğru qüvvətli zərbəsi və top tordan keçirir. QOOOL! Hesab 2-2
90+1`- `Qəbələ`də oyunçu dəyişikliyi..
90+2`- `Qarabağ`da oyunçu dəyişikliyi... Adamiya oyuna daxil olur
90+3`- Hakim oyunu bitirir