“Qəbələ” – “Qarabağ” matçının təyinatları müəyyənləşdi

single-news
7 May 2026

“Qəbələ” – “Qarabağ” matçının təyinatları müəyyənləşdi



Misli Premyer Liqasında XXXI turun təyinatları açıqlanıb. Komandamızın “Qəbələ” ilə görüşünün baş hakimi İnqilab Məmmədov olacaq.

 

Ona Rahil Ramazanov və Orxan İbişov kömək edəcək. İslam Məmmədov dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Əli Əliyev VAR, Kamran Bayramov AVAR olacaq. Qarşılaşmada Ceyhun Haşımov hakim-inspektor vəzifəsini yerinə yetirəcək.

 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 17:00-da başlayacaq.

Paylaş

// pop up