“Qəbələ” – “Qarabağ” oyununda Vüqar Həsənli

22 Apr 2019
“Qəbələ” – “Qarabağ” oyununda Vüqar Həsənli
Azərbaycan kubokunun yarımfinal mərhələsinin hakim təyinatları açıqlanıb.
“Qarabağ”ımızın səfərdə “Qəbələ” ilə qarşılacağı matçı Vüqar Həsənlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Mübariz Haşımov və Cəmil Quliyev kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi isə Kamal Umudludur.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu apreli 23-ü, saat 16:00-da start götürəcək.
23 aprel
16:00.“Qəbələ” – “Qarabağ”
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu