`Qəbələ` - `Qarabağ`. Uğursuz meydança və ya dəyiş(məy)ən sindrom

single-news
20 Dek 2011

`Qəbələ` - `Qarabağ`. Uğursuz meydança və ya dəyiş(məy)ən sindrom



`Qarabağ`ımız sabah qış fasiləsindən öncə `Qəbələ`ylə qarşılaşacaq. Tərəflərin qarşılaşma tarixi  cəmi 5 il olsa da  daim çəkişmə,  maraqlı oyunlar duelləri zənginləşdirib. İndiyə kimi tərəflərin 13 dueli baş tutub. Komandamız daha çox 6 dəfə qələbə sevincini yaşayıb. Qəbələlilər isə 3 dəfə 3 xalla öyünüb. Maraqlıdı ki, tərəflər arasında baş tutan ilk 5 qarşılaşmada komandamız qələbə qazanıb və bütün oyunlarda 2 qolla qələbə qazanıb (bir dəfə 3:2). Ardınca 3 heç-heçədən sonra nəhayət `Qəbələ` 3:1 hesabıyla qələbə qazanıb. Tərəflər arasında yeganə böyükhesablı qələbə ötən mövsüm qeydə alınıb. Komandamız Suraxanıda 3:0-lıq qələbə qazanıb.
`Qarabağ`ımız rəqib qarşısında ilk 3 oyunda səfər qələbəsi qazansa da rəqib eyni uğuru cari birincilikdə əldə edə bildi. Avqustun 27-sində Quzanlıda baş tutan görüşdə qonaqlar Mendinin qolu ilə qələbə qazandılar. Ümumiyyətlə, `Qarabağ`ımz son zamanlar `Qəbələ`ylə oyunlarda çətinlik çəkir. Qeyd etdiyimiz ilk 3 qələbədən sonra komandamız şimaldan 3 xalla dönə bilmir. Daha maraqlı məqam ondan ibarətdir ki, ilk qələbəni o vaxt `Gilan` adlanan komanda üzərində komandamız Mingəçivirdə qələbə qazanmışdısa, növbəti qələbələr Qəbələ şəhər stadionunda qeydə alınmışdı. Ardınca stadion təmirə bağlandıqdan sonra qəbələlilər ev oyunlarını süni meydanda keçirməyə başladılar. Həmin stadion isə sanki `Qarabağ`ımız üçün tilsimlənib. 2009-2010 mövsümündə ilk dəfə həmin meydanda baş tutan görüşdə Stolpanın penalti qoluyla geri düşsək də sonda Sadiqov komandamıza bərabərlik gətirən qolu vura bilmişdi. Amma ardınca baş tutan  2 oyunda məğlub olmuşuq; 3:1, 2:1.
İndi `Qəbələ`ylə `Qarabağ` 4-cü dəfə həmin meydanda qarşılaşacaqlar. Maraqlıdı ki, Qəbələnin əsas meydanın rəqibinə xal verməyən komandamız yardımçı meydançada qələbəyə həsrət qalıb. Bu dəfə balansın pozulacağı ümidiylə...
`Qarabağ` FK Mətbuat Xidməti

Paylaş

// pop up