"Qəbələ" - "Qarabağ"ımız 1:1

single-news
19 Okt 2019

"Qəbələ" - "Qarabağ"ımız 1:1



Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”ımız “Qəbələ”nin qonağı olub.

Qəbələ şəhər stadionunda keçirilən görüşün üçüncü dəqiqəsində meydan sahibləri hesabı açıb.

Qarşılaşmanın doqquzuncu dəqiqəsində futbolçumuz İsmayıl İbrahimli möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Bu, gənc futbolçumuzun bu mövsüm çempionatda dördüncü qolu olub.

Matçda başqa qol olmayıb və komandamız səfərdə 1:1 hesablı heç-heçəyə nail olub.

“Qarabağ”ımız səkkiz turdan sonra iyirmi iki xalla turnir cədvəlinə başçılıq edir.

“Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: Qismət Alıyev, 3 - İsmayıl İbrahimli, 9
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00

 

Paylaş

// pop up