"Qəbələ" - "Qarabağ"ımız 1:1

single-news
21 Dek 2020

"Qəbələ" - "Qarabağ"ımız 1:1



Bu gün Azərbaycan Premyer Liqasında XII turun oyunları start götürüb. Komandamız səfərdə "Qəbələ"nin qonağı olub. Oyuna sürətli başlayan futbolçularımız ilk təhlükəli vəziyyəti matçın 16-cı dəqiqəsində yaxalayıb. Uroş Matiçin penalti zərbəsini rəqib qapıçı dəf edib. Fasiləyə qədər komandamız bir neçə dəfə hesabı açmağa yaxın olsa da, ilk hissənin sonunda hesab açılmayıb. Oyunun 51-ci dəqiqəsində isə Filip zobiç möhtəşəm zərbəylə topu qapıdan keçirib. Komandamız bu qoldan sonra Mahir Emreliylə bir neçə dəfə hesabı dəyişməyə yaxın olub. Oyunun 83-cü dəqiqəsində isə rəqib əks-hücumdan hesabı bərabərləşdirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

15:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: 
Filip Ozobiç, 51 (0:1), Rafael Utriq, 83 (1:1)
Qırmızı vərəqə: Rövlan Muradov, 70-iki sarı vərəqə ("Qəbələ")
Reallaşdırılmayan penalti: Uros Matiç, 15-ci dəq. ("Qarabağ") - qapıçı
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

 

Baş məşqçimiz Qurban Qurbanov oyunsonrası mətbuat konfransında oyun haqda fikirlərini bildirib:

"Danışılacaq çox şey yoxdur. Mövsümdə belə oyun çox nadir hallarda olur ki, bu qədər qol epizodları yaradırsan, amma yekunda heç-heçə edirsən. Amma fikirləşirəm ki, yenə 1 xal qazandıq. Ümumən futbolçular pis oynamadı, hər oyunda bu qədər qol epizodları yaratmaq olmur. Hər zaman Qəbələdə oynamaq bizim üçün çətin olub. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram".

Paylaş