"Qəbələ" - "Qarabağ"ımız 1:3

"Qəbələ" - "Qarabağ"ımız 1:3
Azərbaycan Premyer Liqasında XI turun oyunları keçirilib. "Qarabağ"ımız səfərdə "Qəbələ"nin qonağı olub. Qarşılaşmanın ilk hissəsində rəqib hesabı açıb və fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb. İkinci hissəyə qolla başlayan komandamız 47-ci dəqiqədə Emeqaranın qoluyla hesabı bərabərləşdirib. Matçın 64-cü dəqiqəsində isə Miçel yaddaqalan zərbəylə hesabı komandamızın xeyrinə dəyişib. Bu qoldan 5 dəqiqə sonra Filip Ozobiç hesab arasındakı fərqi ikiyə çatdırıb. Matçın qalan dəqiqələrində qol olmayıb və komandamız səfərdən 3:1 hesablı qələbəylə qayıdıb.
17:30. “Qəbələ” – “Qarabağ” - 1:3
Qollar: Adeniyi, 33 (1:0), Emeqara, 47 (1:1), Miçel, 64 (1:2), Ozobiç, (1:3)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov
Qəbələ şəhər stadionu