`Qəbələ` üçün

6 Fev 2013
`Qəbələ` üçün
`Qarabağ`ımız `Qəbələ` ilə oyunun hazırlıqlarını davam etdirir. Premyerliqanın XIX turunda eyniadlı rayonun komandasının qonağı olacaq komandamız gündə 2 dəfə məşq etməklə oyuna hazırlaşır. `Qarabağ`ımız şimallılarla oyuna heç də tam heyətlə çalışa bilmir. 5 futbolçusunu Azərbaycan, 1-ni isə Albaniya millisinə göndərən komandamız millilərin xidmətindən 2 gün sonra yararlana biləcək. `Qarabağ`ımızın çalışması Suraxanı qəsəbə stadionunda baş tutacaq.
`Qarabağ`ımız Fevralın 8-i Qəbələyə yollanacaq. Qeyd edək ki, `Qəbələ` - `Qarabağ` görüşü Fevralın 10-nunda, saat 15:30-da baş tutacaq.