`Qəbələ`yə verdik, Qəbələdə aldıq.0:1

`Qəbələ`yə verdik, Qəbələdə aldıq.0:1
`Qarabağ`ımız yenə də liderdir. Ötən tur `Xəzər-Lənkəran`la oyunda qaçırdığı saysız-hesabslz qol imkanlarını əldən verərək liderliyi `Qəbələ`yə təhvil verən komandamız elə həmin komandanı da məğlub edərək liderliyi geri aldı.
Ötən oyunla müqayisədə komandamızın heyətində 1 dəyişiklik vardı. Oyundan öncə hərarəti qalxan Maksim Mdvedevin oyuna buraxacağı məlum oldu. Belədə zədəsini sağaldan Rəşad Sadıqov doğma mövqeyinə qayıtdığından Bədavi Hüseynov müdafiənin sağına çəkilmişdi. Yenə də arxa xətdə Ansi - Teli alban dueti ənənəvi mövqeyində idi. Amma elə ilk dəqiqələrdəcə əzələsini dartan Admir yerini İlqara verməli oldu. Qurbanovsa müdafiənin sağına çəkildiyindən Bədavi yenidən ortaya keçdi. Ortada Qara və Almeyda Reynaldo, Jumbinyo,Leroya dəstək verməliydi. Hücumun sivri ucunda ötən oyunda olduğu kimi Vüqar qərarlaşmışdı.
Oyuna `Qarabağ`ımızın ərazi üstünlüyü ilə başladı. Ilk dəqiqələrdəcə topu özündə saxlayaraq rəqib qapısına həmlələr edən komandamız Reynaldo və Jumbinyo ilə təhlükə yaratsa da ən real qol şansını Riçard yaratdı. Amma braziliyalının baş zərbəsi dirəyə dəyib qapıçıya `düşdü`.
2-ci yarı da eyni ssenariylə başladı. Yenə də topa nəzarəti əldə saxlayan komandamız qol varinatları üzərində `işləyirdi`. Rəqibin qapandığını görən komandamızın baş məşqçisi Qurban Qurbanov 2-ci dəyişikliyini etdi. Leroyun yerinə meydana daxil olan Jaba Dvali nominal hücumçu mövqeyinə keçdi. Vüqar Nadirov isə sağ cinaha çəkildi. Qolumuz isə əks cinahdan gəldi. `Qarabağımızın bombardiri Reynaldo çoxgedişli hücum sonunda topu qəbul edib özünəməxsus şəkildə rəqibini keçərək qapıya şıq zərbə ilə tamamladı. Və qol!!!Reynaldonun premyerliqadakı 8-ci qolu oyunun 74-cü dəqiqəsində rəsmiləşdi. 5 dəqiqə sonra `Qarabağ`ımız 2-ci dəfə qola yaxın oldu. `Qarabağ`dakı karyerasında bəlkə də ən yaxşı oyununu keçirən Jumbinyo İlqarın uzun ötürməsiylə qapıçıyla üzbəüz çıxsa da arxada yetişən rəqib müdafiəçi braziliyalıya qarşı kobud oynadı. Hakimin təyin penaltiyə isə digər braziliyalı Riçard Almeyda yaxınlaşdı. Lakin, Riçinin zərbəsi öncə qolkiperin əlinə dəyib ardınca isə tirdən döndü. Son 10 dəqiqədə evsahibləri 2000dən çox azarkeşinin dəstəyi ilə qapımız qarşısında təzyiq yaratmağa cəhd etsə də `Qarabağ`ımız oyunun sonuna qədər qələbə hesabını qoruya bildi. Belədə komandamız xallarının sayını 39-a yüksəldərək qarşılaşdığı rəqibi 1 xal qabaqlayaraq ən azı bir günlük liderlik kürsüsünü ələ keçirdi.