Qələbə əldə etmək mümkün oldu (news.baki.info)
25 Okt 2005
Qələbə əldə etmək mümkün oldu (news.baki.info)
2005-06-cı il mövsümündə Güclülər dəstəsində yarışan FK-nın nəzdində uşaq komandaları arasında Azərbaycan birinciliyində növbəti turun oyunları keçirildi. 1988-89-cu il təvəllüdlülər arasında yarışda "Qarabağ-2" rəqib meydançasında "Neftçi-2"nin qonağı oldu. Matç başlayan kimi irəli atılan "Qarabağ-2" 5-ci dəqiqədə hesabı açdı. Fərdi ustalığı ilə rəqibin bir neçə oyunçusunu geridə qoyan Orxan Bəşirov 18 metrlik məsafədən mükəmməl zərbə ilə hesabı açdı. İlk hissə bu hesabla da başa çatdı. İkinci hissədə birinci hissənin analoqu oldu. Matçın 56-cı dəqiqəsində yenə Orxan Bəşirovun fərdi reydinin qarşısı kobudluqla alındı. Lakin hakim 11 metrəlik cərimə zərbəsi verməkdə tərəddüd etdi. Buna baxmayaraq "Qarabağ-2" 87-ci dəqiqədə Əfran İsmayılovla hesab arasındakı fərqi artırdı. Beləliklə, "Qarabağ-2" çətin səfər mücadiləsindən qələbə ilə ayrıldı. İlk oyunda "Olimpik"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" gəncləri qrupa inamla liderlik edir.