QƏLƏBƏ HAZIRLIĞI DAVAM EDİR
QƏLƏBƏ HAZIRLIĞI DAVAM EDİR
Həftəsonu “Neftçi”ylə gərgin oyun keçirən komandamız artıq məşqlərə başlayıb. Komandamızın çalışdırıcısı Qurban Qurbanov derbiylə oyundan sonra futbolçulara 1 günlük istirahət vermişdi. Artıq komandamız növbəti oyuna köklənib. Şənbə günü çempionatın lideri “İnter”lə qarşılaşacaq komandamızın tək hədəfi var. Sonuncu çempionu devirib liderliyə yaxınlaşmaq. Gündə iki dəfə məşq keçən komandamızda əhval-ruhiyyə yetərincə yüksəkdir. Kubok da daxil olmqala 6 oyundu məğlubiyyət nə olduğunu bilməyən komandamız matçdam əlverişli nəticəylə ayrılmaqla ilk yarını major notda başa vurmağı planlaşdırır.
Adətən səhər fitness salonunda, axşam isə yaşıl sahədə məşq edən komandamız bu gün Şəfada məşq keçib. Dünən isə Zabrat qəsəbə stadionunda çalışmalarını başa vurub. Xatırldaq ki, Suraxanı qəsəbə stadionu millinin sərəncamında olduğundan komandamız məşqlərini Zabratda davam etdirirdi.
Onu da qeyd edək ki, komandamızda cəzalı futbolçu yoxdur. Zədəlilərə gəlincə, sadəcə Aleksandr Qoqaberişvili çalışmalara qatılmır.