“Qələbə ruhunu qorumaq istəyirik”

single-news
7 Apr 2025

“Qələbə ruhunu qorumaq istəyirik”



Misli Premyer Liqasının XXIX turunun “Qarabağ” – “Zirə” oyunundan (1:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox əziyyət çəkdilər. Rəqib də ağıllı, düzgün müdafiə qurmuşdu, bizə oynamağa çox imkan vermədi. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə də təşəkkür edirəm”.

 

Baş məşqçi bildirib ki, ikinci pillədə qərarlaşan “Zirə”dən 15 xal öndə olmalarına baxmayaraq, arxayınlaşmaq olmaz: “15 xal ciddi rəqəmdir. Neçə illərdir gərgin mövsüm keçiririk. Futbolçularda fiziki, psixoloji yorğunluq olur. Vəziyyətin belə olmasının onlara da böyük faydası olacaq. Biz bütün oyunlara qələbə üçün çıxacağıq. Daim azarkeşlərimizi sevindirmək və qələbə ruhunu qorumaq istəyirik”.

Paylaş

// pop up