Qələbə üçün...
28 Okt 2010
Qələbə üçün...
`Qarabağ`ımız `Xəzər-Lənkəran`la oyunun hazırlıqlarını davam etdirir. Premyerliqanın ilk yarısının son turunda komandamızın tək hədəfi var: qalibiyyət. Gündə tək çalışmayla məşqlərini davam etdirən komandamız dünən Zabrat qsəbə stadionunda məşq edib Bu gün isə 15:00-da komandamız oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşq edəcək komandamızda əhval-ruhiyyə yüksəkdir. Belə ki, artıq komandamızın bütün zədəliləri komandasının düşərgəsindədir. Emin İmaməliyevin komandamızın baş məşqçisi Qurban Qurbanov şans verəcəyi təqdirdə oynaması üçün heç bir problem yoxdur. Məşqlərə başlayan Maksimin durumu isə oyun günü bəlli olacaq. Maksim oynamaq üçün istəkli olsa da, müdafiəçi haqda baş məşqçimiz son qərarını verəcək. Samir Abasov da artıq yüngül təmrinlər yerinə yetirməyəbaşlayıb. Əfran İsmayılov isə daha çox trenajor zalında çalışmalarla kifayətlənir.
Xatırladaq ki, `Qarabağ` - `Xəzər-Lənkəran` oyunu 30 oktyabrda 16:00-da keçiriləcək.
Xatırladaq ki, `Qarabağ` - `Xəzər-Lənkəran` oyunu 30 oktyabrda 16:00-da keçiriləcək.