QƏLƏBƏ ! ! !
QƏLƏBƏ ! ! !
Qələbə. Azərbaycan millisi Avropanın seçilən futbol ölkələrindən Finlandiyanı yenərək rəsmi matçlarda təxminən 4 ilə yaxın olan qələbə həsrətimizə son qoydu. Ötən həftəsonu Polşaya 0:5lik məğlubiyyətdən sonra futbol ictimaiyyətində son matç üçün nikbin fikirlər səslənmirdi. Üstəlik, Finlandiyanın son tsikldə uğurlu çıxış etməsi hətta biabırçı nəticənin qeydə alınması yönündə fikirlərin səslənməsinə səbəb olmuşdu.
Komandanın baş məşqçisi Şahin Diniyev ötən oyunla müqayisədə bir sıra dəyişikliklər etmişdi. Elmar Baxşiyevin yerinə Ramin Quliyev, cinahlarda isə İlqar Qurbanovla Emin İmaməliyevi Andre Ladaqa və Murad Ağakişiyev əvəzləmişdi. Ceyhun Sultanovda zədəli Kənan Kərimovu yerinə meydana çıxmışdı.
Görüş finlərin bir qədər ərazi üstünlüyü ilə başlasa da komandamız meydana əla səpələnərək rəqibin fərqlənməsini imkan vermədi. Getdikcə, təşəbbüsü ələ alan millimiz öncə Sultanovla sonra isə Subaşiçlə qola yaxın oldu. İlk yarıda qol olmayınca ikinici yarı bir qədər sönük başladı. 60-cı dəqiqəyə qədər rəqib üzərimizə gəlməyə cəhd etsədə xüsusi bir epizod yarada bilmədilər. Oyunun gedişində italyan hakimin mübahisəli anlarda finlərin xeyrinə qərar qəbul etdiyini də qeyd edək. Diniyevin Ladaqa yerinə İmaməliyevi meydana buraxmasından sonra millimiz getdikcə rəqib qapısına yüklənməyə başladı. Qol isə görüşün 82-ci dəqiqəsində gəldi. Murad Ağakişiyevin yerinə yetirdiyi künc zərbəsindən sonra Nadirovun topa zərbə endirə bilməməsi nəticəsində topu topu qəbul edən Emin yerlə dəqiq zərbə endirdi. Və nəticədə bütün stadionu “qol” sədaları bürüdü. Geridə qalan müddtədə rəqib bütün komandayla irəli atılsada ən real vəziyyəti meydana sonradan çıxmış Qurbanov yaratdı. Lakin İlqarın zərbəsini qapıçı dəf edə bildi.
Hakimin final fiti bizim cari tsikldə ilk qələbəmizi rəsmiləşdirdi. Qoldan sonra bütün stadionun qəzet parçalarını yandıraraq əllərində yellənməsi qələbənin qazanılmasını göstərdi.
Bununla da Azərbaycan xalların sayını 4-ə yüksəldərək mənfur qonşularımızı üstələdi.