QƏLƏBƏYƏ BƏRABƏR HEÇ-HEÇƏ:"BAKI" - "QARABAĞ" 1:1

single-news
18 Fev 2005

QƏLƏBƏYƏ BƏRABƏR HEÇ-HEÇƏ:"BAKI" - "QARABAĞ" 1:1



"Bakı": 96. E.Poladov, 2.A.Laqada, 3.R.Əmirbəyov, 7.R.Quliyev, 8.A.Çertaqanov, 11.R.A.Serjio, 12.F.Peres, 20.M.Suleap, 21.R.Malikov, 55.L.Qomeş, 77.Y.Abuzərov. "Qarabağ": 12.V.Kovalyov, 3.A.Kolinenko, 4.V.Boqaç, 6.S.Abbasov, 15.M.Orucov, 2.A.Kərimov, 7.A.Məmmədov, 21.İ.Məmmədov(E.İmaməliyev,70), 91.D.Sokolovski, 9.S.Musayev(V.Nadirov,68), 10.V.Vasilyev. Qollar: A.Laqada -"Bakı"(39, 11 met.), S.Abbasov-"Qarabağ"(90+2 dəq) Qirmizi vərəqələr: Aqil Məmmədov (35, 44 dəq), Aslan Kərimov (81, 87 dəq) Qələbəyə bərabər heç-heçə... 9 nəfərlə birlik nümayiş edib, qol vurmağa başqa bir ad vermək olmaz. İki qırmızı vərəqə də "Qarabağ"ın qələbə-qol vurmaq əzmini qıra bilmədi. İki oyunçu əksik oynamasına baxmayaraq, irəli atılan "Qarabağ" Samir Abbasovun möhtəşəm qolu ilə çempionatın liderlərindən biri olan "Bakı"ya xarakter göstərdi.Oyundan sonra,təşkil olunmuş mətbuat konfransında rəqib komandanın baş məşqçisi Əsgər Abdullayev də bunu etiraf etdi:"Mən heç bir məşqçiyə iki oyunçusu artıq oynayaraq, son anda qol buraxmağı arzu eləmirəm." İki oyunun nəticəsinə görə, 4 xal qazanan(ilk oyun: 2:0) "Qarabağ" çempionluq mübarizəsini davam etdirir.Növbəti turda rəqib Şəmkirin eyni adlı komandasıdır. Turun bu gün keçirilən digər oyunlarının nəticələri belədir: "Şəmkir" - "Neftçi" 1:2 "Göyəzən" - "İnter" 0:2 "Turan" - "Gəncə" 2:0 "Bakı" - "Qarabağ" matçından foto görüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş