QƏLƏBƏYƏ LAYİQ OYUN, QOLSUZ HEÇ-HEÇƏ . . .

single-news
4 Dek 2005

QƏLƏBƏYƏ LAYİQ OYUN, QOLSUZ HEÇ-HEÇƏ . . .



Matça "Qarabağ" itkilərlə çıxmışdı.Komandanın bir neçə aparıcı futbolçusu zədə üzündən meydana çıxa bilməmişdisə, Aslan Kərimov isə hərarətli olmasına rəğmən komandasına kömək etmək üçün əsas heyətdə yer almışdı. Əvvəlcədən qeyd etmək yerinə düşərdi ki, bütün oyunu gözəl futbol nümayiş etdirən "Qarabağ"ın heyətində yaxşıların yaxşısı məhz Aslan Kərimov idi... Matç başlayan kimi, hesab açıla bilərdi. Lakin Samir Musayevin ötürməsindən sonra Voskoboynikin zərbəsi güclü alınmadı. 9-cu dəqiqədə Samirin bu dəfəki ötürməsini Müşviq yekunlaşdıra bilmədi. İlk dəqiqələrdən gözəl ötürmələri ilə yadda qalan Samirin 4 dəqiqə sonra ötürməsini isə qola çevirməmək qol vurmaqdan çətin idi. Lakin əvvəlcə Voskoboynikin zərbəsini Kokoyev dəf etsədə, Engin Özmənin zərbəsi isə qapıçının düz üstünə getdi...100%-lik qol imkanını əldən verən "Qarabağ" az qala öz qapısında qol görəcəkdi. Matçda qonaqların ilk və son qol imkanına isə Cahangir Həsənzadənin mükəmməl qurtarışı yol vermədi. Bundan sonra, meydanda tək "Qarabağ" var idi. Həm meydanın mərkəzində, həm də hücumlarda gözəl kombinasiyalar yaradan "Qarabağ" müdafiədə də səhvsiz oynayırdı. Meydanın hər qarışı uğrunda mübarizə aparan və əksər epizodlarda da bu mübarizədən qalib ayrılan "Qarabağ"lılar öz texniki imkanlarını da nümayiş etdirməyə imkan tapırdılar. Təbii ki, bu da hər dəfə stadiona gələn azarkeşlərin alqışları ilə müşaiyət olunurdu... Qonaqların heyətində isə seçilən heç şübhəsiz, qapıçı Eduard Kokoyev idi. Birinci hissədə olduğu kimi, ikinci hissədə də gözəl oyun nümayiş etdirən qapıçı Samir Musayevin , Voskoboynikin, Fəqan Şahbazovun dəfələrlə 100%-lik zərbələrini zərərsizləşdirə bildi. Son dəqiqədə isə Denis Sokolovskinin cərimə zərbəsini tutan Kokoyev komandasına bir xal qazandırdı. . . MATÇDAN FOTOLARA AŞAĞIDAKI LİNKƏ GİRƏRƏK BAXA BİLƏRSİNİZ: Fotoqalereya: "Qarabağ" - "Gəncə"

Paylaş