QƏLƏBƏYƏ LAYİQ OYUN . . .

single-news
13 Apr 2006

QƏLƏBƏYƏ LAYİQ OYUN . . .



AZƏRBAYCAN 1-1 TÜRKİYƏ AZƏRBAYCAN: 1. Fərhad Vəliyev,4. Azər Məmmədov,5. Sergey Sokolov,6. Elmar Baxşıyev (15. Elvin Nuriyev, 90+2),8. Aslan Kərimov,10. Ceyhun Sultanov (17. Vüqar Nadirov, 62),14. Rəşad Sadıqov (k),18. İlqar Qurbanov (22. Rəşad Sadiqov, 75),19. Emin İmaməliyev(7. Ramin Quliyev, 88),21. Nadir Nəbiyev (9. Elşən Məmmədov, 70),11. Ramazan Abbasov (2. Zaur Həşimov, 83). TÜRKİYƏ:1. Tolqa Zəngin,2. Mehmet Topuz,3. Baki Mərcimək,4. Can Arat,5. Uğur Boral(13. Yasin Çakmak, 69),6. Səlcuk Şahin (k)(14. Burak Yılmaz, 72),7. Hasan Kabze,8. Volkan Arslan(17. Fəxri Tatan, 46),9. Ərsən Martin(18. Əmrə Toraman, 84),10. Gökhan Ünal (16. Sinan Kaloğlu, 78),11. İbrahim Akın (15. Hakan Kadir Balta, 46). Bu görüş çox əhəmiyyətli idi. Həm qardaş iki ölkənin bir-birinə dəstək verməsi baxımından, həm də gənc Azərbaycan millisinin qarşıdakı çətin sınaqlar öncəsi Dünya üçüncüsünə göstərəcəyi müqavimət baxımından... Bu fikirlər oyun başlanana qədər idi. Oyun başlandıqdan sonra isə Azərbaycanın təkcə müdafiə futbolu oynayacağını düşünənlər yanıldılar.İlk təhlükəli vəziyyət də böyük istəklə meydana çıxan millimiz tərəfindən yaradıldı. Gəl ki Ceyhunun zərbəsi zəif alındı. Düzdür rəqibdə boş dayanmadı. Matç boyu bir neçə epizodda real qol imkanları da yaxaladılar. Amma qapıçı Fərhad Vəliyevin inamlı, müdafiə xəttində "Qarabağ"lılar Azər Məmmədov və Sergey Sokolovun soyuqqanlı olmaları hesabın açılmasını əngəllədi. Əvəzində Millimiz hesabı açdı. Rəşad Sadıqov bütün Azərbaycan azarkeşlərini ayağa qaldırdı. Əlbətdə Nadir Nəbiyevin və Vüqar Nadirovun qolda böyük rol oynadığını danmaq olmaz. Millinin bu cür oyun göstərməsində ən böyük rolu isə əlbətdə ki Millimizin Baş Məşqçisi Şahin Diniyev oynadı. Qısa zaman kəsiyində mübariz, istəkli komanda yaradan çalışdırıcıya bundan sonra da uğurun onunla olmasını arzulayırıq.

Paylaş