QƏRB DERBİSİNƏ HAKİMLƏR AÇIQLANDI....

single-news
11 Avq 2005

QƏRB DERBİSİNƏ HAKİMLƏR AÇIQLANDI....



Sabah 14-cü ölkə çempionatının ilk turunda dörd matç keçiriləcək. "Şəfa" stadionunda "Olimpik" "Xəzər-L" klubunu qəbul edəcək. T.Bəhramov adına stadionda isə "Bakı" "Karvan"la qarşılaşacaq. Gəncə şəhər stadionunda yerli klub "İnter" FK-nu qəbul edəcək. Qərb derbisi isə Tovuzda baş tutacaq. Yerli "Turan" "Qarabağ"ı qəbul edəcək. Matçin hakimlərı artıq təyin olunub. Tovuzdakı matça Rövşən Əhmədov, Vaqif Ayvazov, Nemət Mahmudov və Ceyhun Həşimov hakimlik edəcək. Xatırladaq ki, indiyədək komandamız "Turan"la 25 dəfə qarşılaşmışdır. Bunlardan 8 dəfə qələbə qazanmış, 5 dəfə heç heçə oynamış, 11 dəfə isə məğlub olmuşuq. Top fərqi 25:26 -dır. Klubumuza qarşıdakı matçda uğurlar arzulayırıq.

Paylaş