Qeydiyyatdan keçmiş KİV nümayəndələrinin nəzərinə
22 Fev 2022
Qeydiyyatdan keçmiş KİV nümayəndələrinin nəzərinə
“Qarabağ” FK-nın UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Marsel” ilə oyunu üçün qeydiyyatdan keçmiş KİV nümayəndələri fevralın 22-də saat 14:00-dan 18:00-dək, fevralın 23-ü saat 10:00-dan 18:00-a qədər akkreditasiyalarını və media biletlərini Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.
QEYD: Oyun günü media nümayəndələri üçün giriş Tofiq Bəhramov adına Respublika stadionunun cənub qapısından (“Xankəndi” restoranının yanı) olacaq.
