Qeydiyyatdan keçmiş KİV nümayəndələrinin nəzərinə
15 Avq 2022
Qeydiyyatdan keçmiş KİV nümayəndələrinin nəzərinə
“Qarabağ” FK-nın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə oyunu üçün qeydiyyatdan keçmiş KİV nümayəndələri avqustun 16-ı saat 10:00-dan 19:30-dək qədər akkreditasiyalarını və media biletlərini Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.
Qeydiyyatdan keçmiş hər KİV orqanına 1 media bilet, TV üçün isə 2 media bilet nəzərdə tutulub.
QEYD: Oyun günü media nümayəndələri üçün giriş Tofiq Bəhramov adına Respublika stadionunun cənub - C qapısından (“Xankəndi” restoranının yanı) olacaq.