QIRMIZI VƏRƏQƏ VƏ SON 10 DƏQİQƏ
QIRMIZI VƏRƏQƏ VƏ SON 10 DƏQİQƏ
Türkiyənin Bursa şəhərində keçirilən “Bursa Fan Cup” turnriniə qatılan “Qarabağ”ın 1991-ci təvəllüdlü gəncləri ilk görüşündə məğlub olub. Lakin, matçın gedişatında komandamız heç də pis təsir bağışlamayıb. Belə ki, “Gənclərbirliyi” ilə matçda komandamız azlıqda qalıb və bundan sonra Ankara təmsilçisi 2 dəfə fərqlənib. Oyun haqında daha geniş isə qardaş ölkədə komandayla birgə olan klubumuzun məşqçisi Tayfun Gürsəl məlumat verdi.” Komanda heç də pis təsir bağışlamadı. Oyunlar 30 dəqiqəlik hissələrdən ibarətdir. İlk yarının son dəqiqəsində bizim qapıçı cərimə meydançasının kənarında topa əllə toxundu və meydandan qovuldu. Buna baxmayaraq, “GB” sadəcə son 10 dəqiqədə fərqlənə bildi. Burada olan futbol mütəxəssisləri oyunumuzu yaxşı qiymətləndirdi. “GB” çempionatın favoritidir. Üstəlik, biz bu turnirə ilk dəfə qatıldığımız halda rəqiblərimizin təcrübəsi çox böyükdür”
Komandamızın dünən gec saatlarında Makedoniya təmsilçisi ilə qarşılaşıb və 1:0 hesabıyla məğlub olub.