Qış çempionları

Qış çempionları
Ruslan Məmmədli
Avropada mövsüm sona yaxınlaşdıqca ehtiraslar daha da qızışır. 2-3 ay bundan öncə böyük `5`lik ölkələrində liderlərin mayda veriləcək qızıl medalların hərarətiylə qış da boyunlarını qızdırırdılarsa, baharda medal arzusu soyuq ilan olub dolanıb `do srocni` `çempion`ların boğazlarına.
Fransada `Bordo`, İspaniyada `Barselona`, İtaliyada `İnter`, Almaniyada `Bavariya`, İngiltərdə `Çelsi` qışda erkən çempion eləmişlərdi. Düzdü, ilk 3 ölkədən fərqli olaraq `Bavariya` və `Çelsi`nin aradakı xal fərqi yox daha yığdıqları sürətə görə bukmekerlərin favortinə çevrilmişdi.
Amma bahar ilk günlərində artıq hər şey gərgin mübarizəyə doğru, favorit buzlarının əriməsinə doğru getdi. Yaxşı, görəsən, bunun səbəbləri nə də gizlənirdi? İcazənizlə bu məsələlərə işıq salmağa çalışacağıq
- Bukmeker barmağı – Etiraf etmək lazımdır ki, bukmeker kontorları dünya futbolunda ən aparıcı qüvvədir. Pul `fırladan`ların istəyi (daha doğrusu maraqları) bəzən hər kəsi sensasiya təəccübünə boğsa da, dünyanın ən populyar klublarının (`Real` və `Milan`) bukmekerləri reklam etməsi reklamdan daha çox biznes maraqlarının təmin olunmasıdır. Məsələn, `İnter`xal itirəndə hər kəs onun ən yaxın izləyicisi `Milan`ın bu fürsətdən maksimum yararlanacağı və nəyin bahasına olursa olsun qələbə qazanacağı ehtimal olunsa da, `qara-qırmızı`lar qələbə qazanmaqdan boyun `qaçırır`lar. Hər halda, hər sıradan vətəndaş belə düşünüb `Milan`ın qələbəsinə pul atacaq. Amma di gəl ki, `rassonyeri`lərin uda bilməməsi sponsoru `bwın` bukmeker kontorunun (!!!) xeyrinə işləyir.
- Eyforiya – Təbii ki, bukmekerlərin futbolda rolu nə qədər böyük olsa da, heç də hər şeyi `qumar`çılar həll etmir. Adətən favorit klublar böyük camiə olduğundan onların ahətə dairəsi də samballı olur. Belədə, tutaq ki, `Barselona`nın vaxtından əvvəl çempion edilməsində media, azarkeş amillərin rahatladıcı funksiyasının da rolu var. Yəni, qalib psixologiyası bir qədər rahatlatma yaradır ki, bu sonda öz işini görür. Təbii ki, eyforiya bir qədər mənanı daraltsa da, meydana ən yaxın çempion kimi çıxan komandaya qarşı rəqiblər də əlavə motivasiya ilə mübarizə aparırlar. Hər halda liderdən xal(lar) qoparmaq istənilən şəkildə şərəflidi. Nəticədə liderlər daha artıq enerji sərf etmək məcburiyyətində qalırlar. Amma belədə də bütün oyunları eyni templə oynamaq mümkün olmur
- Oyun qrafiki – Əlbəttə, avropa nəhəngləri eyni zamanda `köhnə qitə`də keçirilən avrokuboklarda da milyonlarla azarkeşlərinin onları daha çox izləməsi üçün çalışır. Bu eyni zamanda maddi təminatı yaxşılaşdırsa da, 3 gündən br ölkə dəyişməklə yaranan probləmlər, həftədə 3 oyunun keçirilməsi hər hansısa turnirin `küt` getməsinə səbəb ola bilir. Məsələn, `Fiorentina` 2 turnirdə oynamağa gücü çatmayacağını analyıb, A seriyasını Çempionlar liqasına qurban verdi. Düzdü, müasir dövrdə futbolun fiziki imkanların artması sıx oyun qrafikinə `kölgə` salır. Amma fikir verin, `Çelsi` son ayda üst-üstə 2 qələbə qazana bilmir, amma ÇL-i tərk etdikdən sonra prmyerliqa kimi güclü turnirdə son 2 matçda rəqib qapısından 12 (!!!) top keçirir. Və yaxud da, `İnter` ÇL-dən öncə və ya sonra 80 faiz keçirdiyi oyunlarda xail itkisiylə üzləşib. Və yaxud da `Bavariya` bu qədər qələbədən sonra yenə ÇL öncəsi `stop` elədi. Sizcə, burda dəmir məntiq özünü göstərmirmi?
- Zədə və...başqa amilləri sadalamaq olar. Məsələn, A seriyasının son turunda `Lazio` ilə oyunda meydana çıxarmağa 11 oyunçu tapmırdı. Belə də, geniş heyət prinsipi işə düşür və 2 barəbarli heyətin də bəzən faydalı olmadığı qənaəti formalaşır. Eyni şeylər bir ara `Barsa`nın da başına gəlmişdi. `Bordo` bir ara fərqi 10-a qədər qaldırsa da, təzyiqə dözmədi.
İstənilən halda, cari futbol ilində çempionatda gərgnliyin olması azarkşelərə müdhiş dəqiqlər bəxş edir və sadə azarkeş üçün bundan böyük futbol həzzi ola bilməz.