Qışqırmaq istəmirsənsə, "Caqa" de (FUTBOL+, 22.11.2005)

single-news
22 Noy 2005

Qışqırmaq istəmirsənsə, "Caqa" de (FUTBOL+, 22.11.2005)



Həmişə şərəfini qoruduğu komandalarda başarılı çıxışına görə millinin daimi üzvlərindən olub. Yəqin daha çox qapıçı olmasından irəli gəlir ki, uğursuzluqları heç də az olmayıb. Amma həmişə meydanda gülərüzlülüyü ilə seçilməyi də bacarıb. Rubrikamızın budəfəki qonağı "Qarabağ"ın və yığmanın qolkiperi Cahangir Həsənzadədi. Ailə. Ailədə iki uşaq olmuşuq. Böyük qardaşım bizneslə məşğul olur. Atam elmlər namizədi, dosentdi. Anam isə Bakı Qaz-İstismar İdarəsinin Həmkarlar İttifaqının sədridi. Özüm də bir ildi ailə qurmuşam. Qardaşım ayrı yaşasa da, mən valideynlərimlə birgə qalıram. Biləcəri. Hazırda Biləcəridə yaşayıram. Ancaq uşaqlığım burda keçməyib. 6-7 il olar ki, bu qəsəbəyə köçmüşük. O vaxta qədər təxminən 10 il müddətində 7-ci mikrorayonda yaşamışıq. Biləcəriyə ev şəraiti daha yaxşı olduğu üçün köçdük. Qəsəbə paytaxtdan kənarda olsa da, uzaq deyil. Əsas odu ki, havası bir qədər təmizdi. Orda qohumlarımız da az deyil. Elə bura həyət evinə köçməyimizdə də onların rolu oldu. Caqa. Uşaqlıqdan belə çağırmağa başlayıblar. Bu da futbola gəlişimlə əlaqədar olub. Məşqçimiz Cahangir sözünü qışqırmaq üçün çox vaxt tələb olunduğundan belə adlandırırdı. O həm də rus olduğundan əsl azərbaycanlı adı kimi bunu səsləndirməkdə çətinlik çəkirdi. Birgə məşq etdiyim uşaqlar da məni belə çağırmağa başlayınca artıq öyrəşdim. Düzü, evdə, məhlədə əvvəllər öz adımla müraciət edərdilər. Ancaq geniş yayılıbdı deyə, adımın qısa variantı kimi bunu qəbul etmişəm. İndi belə çağıranda xətrimə dəymir. Çempionat. Cari mövsüm əvvəlkilərlə müqayisədə komandaların qeyri-sabit oyunuyla seçilir. Əsas odu ki, bir nömrəli favorit yoxdu. Hələ birinci dövrə tamamlanmasa da, kifayət qədər gərgin mübarizənin getdiyini demək olar. Əsas fərqlərdən biri "ev"-səfər prinsipinin bu mövsüm arxa plana keçməsidi. Məsələn, "Gəncə" doğma meydanda nadir hallarda uduzardı. Amma indi səfərdə başarılı oyun nümayiş etdirsə də, "ev"də bunu bacarmır. Eyni tendensiyaya bütün komandalarda rast gəlmək olar. Ola bilsin, baxımlı futbol oynamaq baxımından geriləmə var. Lakin ümumi səviyyəni müqayisə etdikdə hazırkı birincilik fərqlənir və ikinci dövrədən daha maraqlı olacağına şübhə ola bilməz. Dmitri Kramarenko. Əlbəttə, hər kəs birinci olmaq istəyir. Bu idmandı və bizim ampluamız da elədi ki, yalnız birimizə şans verilə bilər. Əvəzedici olmağıma rəğmən, həmişə millidən gələn dəvətləri müsbət qarşılamışam və yenə belə olacaq. Həm də Dima gəlmədiyi vaxtlarda əsas qapıçı elə özüm oluram. Düzdü, bəzən bəlkə daha yaxşı formada olsam da, bunu nəzərə almayıb Kramarenkonu üstün tutublar. Etiraf. Səhvim olubsa birinci növbədə özlüyümdə o haqda fikirləşib, qərar çıxarıram. Kənardakıların qiymətini, rəyini nəzərə almıram. Etiraf etməyi bacarmaq lazımdı. Başqalarının sənə dediyi səhvini boynuna almamaq şəxsən mənə qəribə gəlir.///// ......

Paylaş

// pop up