`Qızıl oğlan` danışdı:``Qarabağ` kimi böyük camiədə çalışmaq olduqca xoş duyğudu.`
26 May 2011
`Qızıl oğlan` danışdı:``Qarabağ` kimi böyük camiədə çalışmaq olduqca xoş duyğudu.`
`Qarabağ`ımız 2010-2011 mövsümünə yekun vurduqdan sonra dərhal ilk transferini reallaşdırdı. Azərbaycan futbolunda `qızıl oğlan` ləqəbi qazanmış Zaur Tağızadə artıq rəsmən `Qarabağ`ın məşqçisidir. Müstəqil Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən sayılan Zaur ötən mövsüm karyerasını bitirdikdən sonra məşqçiliyə başlamışdı. Tağızadə klubumuzun rəsmi saytına verdiyi açıqlamada ilk təəssüratlarını bölüşüb:`Qarabağ` kimi böyük camiədə çalışmaq olduqca xoş duyğudur. `Qarabağ` rəhbərliyinə və Qurban Qurbanova göstərdikləri etimada görə öz təşəkkürümü bildirirəm. Artıq karyeramda yeni səhifə açmışam. Futbolçu kimi öyrəndiklərimi məşqçi kimi təkmilləşdirmək istəyirəm. Qurban Qurbanovla birgə futbol oynamışam. Eyni zamanda mənim məşqçim də olub. Onun futbol təfəkkürünə bələdəm. `Qarabağ` son 2 ildə Avroliqada uğur qazanmaqla yanaşı özünəməxsus dəsti-xətti olan klubdu. Oynadığı hücumameyilli, rəngarəng futbolun azarkeşlərə zövq verdiyini düşünürəm. İnşallah, `Qarabağ`ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalşacam. Rəhbərlik `Qarabağ`da əla, mehriban kollektiv yaradıb. Komandanın uğur qazanması üçün istənilən şərait formalaşdırılıb. İnanıram ki, əməkdaşlığımız uzunmüddətli və uğurlu olacaq.