"QIZIL OYUN" NƏ VAXT OLACAQ?
1 İyn 2005
"QIZIL OYUN" NƏ VAXT OLACAQ?
13-cü Milli çempionatın yekunu göstərdi ki, çempionu müəyyənləşdirmək üçün əlavə matç- "qızıl oyun" keçirilməlidir. Əvvəlcədən yer və vaxt müəyyən olunmadığından çempionat başa çatan kimi, bu yöndə söz söhbətlər ictimaiyyətdə yer almağa başladı.
31.05.2005-ci il tarixində isə, bütün bu söz-söhbətlərə son qoyuldu. Belə ki, AFFA-nın verdiyi qərara görə "Qızıl oyun" iyun ayının 10-da, saat 18:00-da keçiriləcək. Keçirilmə yeri isə Gəncə şəhər stadionu olacaq.