QIZIL OYUN : "NEFTÇİ" ÇEMPİON ! ! !

single-news
10 İyn 2005

QIZIL OYUN : "NEFTÇİ" ÇEMPİON ! ! !



İlk öncə, "Əzəli rəqibimiz, əbədi dostumuz" olan "Neftçi" PFK-nın rəhbər, məşqçi və futbolçu heyətini "Qarabağ" Futbol Klubu adından təbrik edir, onlara Çempionlar Liqasında Azərbaycanın adını layiqincə təmsil etməyi arzu edirik... 10 iyun. Gəncə şəhər stadionu. XIII Azərbaycan Çempionatı. "Qızıl oyun" "Neftçi" - "Xəzər-L" 2:1 XIII Azərbaycan Çempionatının Çempionluq matçında ilk hissə komandaların eytiyatlı oyuna üstünlük verməsi ilə xarakterizə oluna bilər. Bu da təbiidir. Hər iki klub qol buraxmaqdan çəkinməsi başa düşülən idi.Hissənin sonlarında "Xəzər-L"-nın əks hücumu öz bəhrəsini verdi. Matçda ilk topu "Neftçi"nin qapısından 42-ci dəqiqədə Alim Qurbanov keçirdi. Əsl Futbol da bundan sonra başlandı... 68-ci dəqiqədə Ruslan Abbasov mükəmməl zərbə ilə hesabı bərabərləşdirdi.5 dəqiqə sonra - 73-cü dəqiqədə isə - Zaur Tağızadə "Neftçi"ni hesabda irəli çıxartdı.Matç bu hesabla da başa çatdı. Beləliklə, XIII Azərbaycan Milli çempionatının ÇEMPİONU - "NEFTÇİ" PFK oldu. Çempionun heyəti ilə tanış olun: 1. Cahangir Həsənzadə ,3. Anatoli Tebloyev(21. Tomislav Mişura, 46) ,4. Emin Quliyev ,6. Valeri Abramidze, 7. Mahmud Qurbanov ,9. Qurban Qurbanov (k) , 10. Georgi Adamiya ,14. Rəşad Sadıqov ,19. Ruslan Abbasov ,22. Zaur Tağızadə(5. Eltay Aslanov, 86) ,24. Darko Çordaş (8. Elçin Rəhmanov, 90+3) . Ehtiyat oyunçular 1. Hüseyn Məhəmmədov,2. İqor Getman,18. Vidadi Rzayev, 23. Ruslan Qafitullin. Baş məşqçi: Ağasəlim Mircavadov

Paylaş