"QIZIL TOPUN SAHİBİ" - (Het-trik, 17 dekabr)

single-news
18 Dek 2004

"QIZIL TOPUN SAHİBİ" - (Het-trik, 17 dekabr)



Şevçenkonun anketi - Şeva qızıl topu qazanan 5-ci "Milan"lı oyunçu kimi tarixə düşdü.Bundan öncə C.Rivera, R.Qullit, M.Van Basten, C.Vea bu titula yiyələnmişdir.O, Avropa və dünya çempionatlarında iştirak etmədiyi halda, Van Bastendən çox qol vuran yeganə oyunçudur.Böyük futbolda ilk addımlarını 1993-cü ilin qışında atıb.O, "Dinamo-2"nin 12 qolla ən yaxşı bombardiri olub.Bununla o "Dinamo"nun əsas heyətinə düşüb. Onun ləqəbləri "Şərqin şeytanı", "Çar", "Şimal möcüzəsi" və s.1990-cı ildə 14 yaşlı Andrey gənclərin turnirində "Liverpul"un keçmiş oyunçusu Yan Raşdan hədiyyə olaraq buts alıb.Dördqat Ukrayna çempionu, üçqat ölkə kubokunun sahibidir.Ukrayna çempionatında 118 oyun keçirib, 60 qol vurub. Ukrayna yığmasında 25.03.95- ci il Xorvatiyaya qarşı oyunda debüt edib.57 oyunda 27 qol vurub. İtaliya çempionatında "Leççe"ye qarşı oyunda debüt edib.İlk müvsümündə A seriyasının bombardiri olub.

Paylaş