Qızılcahamamda hazırlıqlar sürətlənir

single-news
12 İyn 2010

Qızılcahamamda hazırlıqlar sürətlənir



`Qarabağ`ımız Türkiyədəki təlim-məşq toplanışı davam edir. Ankaranın Qıcılcaham bölgəsində eyni adlı oteldə hazırlıq keçən komandamız otelə gəldiyi gün məskunlaşdıqdan sonra axşam yüngül hazırlıq keçib. Təlim-məşq toplanışının 2-ci gününə isə komandamız 2 hazırlıqla başlayıb. Günün ilk çalışmasını komandamız trenajor zalında keçirib. Fitnes çalışması saat yarım çəkib. Komandamızın yeni fiziki hazırlıq üzrə çalışdırıcısı Çudomir Çakarov da artıq iş başındadır. Günün ikinci çalışma isə yaşıl meydanda baş tutub. Daha çox qaçışla fiziki kondensiyaların bərpasına əsaslanmış hazırlıq keçirilib. Komandamızın legionerləri və bütün futbolçuları hazırlıqla iştirak edir. Yeni transferimiz Samir Abbasov isə 1-ci gündən etibarən komandanın düşərgəsinə qoşularaq məşqlərə başlayacaq.

Ötən mövsüm zədələnən Rəşad Sadiqov və Əfran İsmayılov da məşqlərə başlayıb. Hər 2 futbolçu həkim nəzarəti altında çalışırlar.

Bu arada komandamızın hazırlıq planına əsasən komandamız İyunun 17-si ilk yoxlama oyununu keçirməyi planlaşdırır.

Paylaş

// pop up