Qızılcahamamda leysan olsa da, `Qarabağ` tam sürət
Qızılcahamamda leysan olsa da, `Qarabağ` tam sürət
`Qarabağ` Futbol Klubu Qızılcahamamda təlim-məşq toplanışı davam edir. Qardaş ölkədə keçirilən təlim-məşq toplanışı getdikcə intevsivləşir. Gündə iki dəfə hazırlıq keçən komandamızda əhval-ruhiyyə yetərincə yüksəkdir. Zədəlilər Əfran İsmayılov və Rəşad Sadiqovun sıraya dönməsi də üzləri güldürür.
Amma Ankaradan 1 saatlıq məsafədən yerləşən dağ reylefli Qızılcahamamda hava şəraiti heç də qənaətbəxş deyil. Belə ki, artıq 2 gündür ki, Qzılcahamamda yağmurlu hava şəraiti hökm sürür. Bəzən leysanla müşayət olunan yağışlar komandamızızn məşq keçməsini əngəlləsə də, Qurban Qurbanovun drujinası çalışmalara ara vermir. Oteldən 15 dəqiqəlik məsafədə yerləşən sahələrdə məşq edən komandamız lazım olanda fitness zalında məşq edir.
Komandamız Qızılcahamamdakı təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Ayın 21-ndə atılacaq püşkə əsasən komandamız ilk oyununu evdə keçirəcəyi təqdirdə 26-sı vətənə dönəcək.