`Qol vur, məğlub olma`. 15 ay sonra və ya 15 ay sonra. VİDEO

single-news
9 Noy 2009

`Qol vur, məğlub olma`. 15 ay sonra və ya 15 ay sonra. VİDEO



`Qarabağ`ımız liderlik qarşılaşmasında `İnter`ə məğlub oldu. Görüş ərzində, xüsusilə, ilk yarıda əla təsir bağışlayan komandamız lazım olan qolu 2-ci hissədə vursa da, artıq gec idi. Rəşad Sadiqovun `Qarabağ`ımızda rəsmi oyunlarda vurduğu ilk qol sadəcə təsəlli oldu. Lakin daha maraqlı bir məqam isə komandamızın qol vurmasıyla bağlıdır. Belə ki, komandamız qol vurduğu oyunlarda uduzmur(du). `Qarabağ`ımız qol vursa da, xal qazanmadığı qarşılaşmadan düz 15 ay keçmişdi. Ötən mövsüm Avqustun 23-ündə, 3-cü turda  `Standard`la səfərdə qarşılaşan komandamız qol vurduğu mücadələdən məğlub ayrılmışdı. Maraqlıdı ki, həmin görüş də Şəfada (!) baş tutmuş, komandamız 2:0  (!!) geriyə düşmüş və Rəşadın vurduğu kimi 87-ci (!!!) dəqiqədə Nidal Ferhatoviç məhz Sadiqovun vurduğu qapıya (!!!!) qol vurmuşdu.

Komandamız daim bu ənənəsi ilə öyünə bilər. `Standard`la oyunda yaşanan `qol vur, məğlub olma` prinsipi 2008-2009 mövsümündə bir dəfə pozulmuşdusa, 2007-2008 futbol ilində ənənəmizə sadiq qalmışıq. Ona qədər isə bu prinsip 2006-2007 mövsümün 2-ci dövrəsində, Mayın 7-sində Suraxanı qəsəbə stadionunda baş tutmuş  `Xəzər-Lənkəran`la macda pozulub. Həmin oyunda Kənan Kərimovla hesabı açsaq da, sonda 4:1 hesabıyla məğlub olmuşuq.

Və nə qədər inanılmaz olsa da, bu dəfə də 15 aylıq fərq yaranıb. Hər 15 aydan bir qol vur, məğlub olma` prinsipi pozulur. Görəsən, növbəti dəfə 15 aylıq fasilə yaranacaqmı?

 

Rəşad Sadiqovun 15 aydan sonra prinsipi pozan qolu

BU VƏ BAŞQA QOLLARI İZLƏ...

 

QEYD: Bu xəbər `Qarabağ` Futbol Klubunun mətbuat xidmətinin şəxsi araşdırması olub istifadə zamanı istinad zəruridir...

 

Paylaş

// pop up