Qollu səfər heç-heçəsi
Qollu səfər heç-heçəsi
“Qəbələ” – “Qarabağ” – 1:1
İsmael Akinade, 57 // Kadi Borqes, 29
Komandamız növbəti oyununu keçirib.
Misli Premyer Liqasının XXXI turunda rəqib “Qəbələ” olub. Komandamızın səfər qarşılaşması Qəbələ şəhər stadionunda baş tutub.
“Qarabağ” görüşə aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Matça fəal başlayan “Qarabağ” ilk yarıda hesabı açıb. Kadi Borqes hissənin ortalarında qol sevinci yaşayıb.
Meydan sahibləri ikinci yarıda hesaba tarazlıq gətirib – 1:1. Səfərdəki qollu heç-heçədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, komandamız mayın 15-17-də keçiriləcək XXXII turda “İmişli”ni qəbul edəcək.
