Qoqa BERAYA “Qardaşımda qol duyumu daha yaxşıdır" ( hettrik, 17.05.2006)

single-news
17 May 2006

Qoqa BERAYA “Qardaşımda qol duyumu daha yaxşıdır" ( hettrik, 17.05.2006)



Ölkə çempionatının son turunda "Qarabağ" öz meydanında "MKT-Araz"ı qəbul etdi. Həmin matçda 2:1 hesablı qələbə əldə edən Ağdam təmsilçisi oyunun əvvəlində məğlub durumda idi. Amma gürcü Qoqa Beraya mövsümün bəlkə də ən yaxşı qolunu vuraraq komandasını çətin vəziyyətdən çıxara bildi. 21 yaşlı havbekin qolu keçən il ÇL-in 1/4 finalında "Liverpul" - "Yuventus" matçında "topçular"ın ispan legioneri - Luis Qarsiyanın Buffonun qoruduğu qapıdan keçirdiyi topa bənzər idi. Elmir Xankişiyevdən hava ilə ötürmə alan Qoqa topu saxlamadan təxminən 25 metrdən birbaşa rəqib qapısına yönəltmişdi. Ümumiyyətlə, bu futbolçu yüksək səviyyəli oyunu ilə seçilir. Maraqlıdır ki, əkiz qardaşı İrakli Beraya zədə ucbatından yaşıl meydandan kənarda qalsa da, Qoqanın ulduzu son vaxtlar daha çox parlamağa başlayıb. Bu günlərdə "Qarabağ"ın rəsmi saytında Berayanın müsahibəsi çıxıb. Marqaqlı olduğunu nəzərə alıb və futbolçunu daha yaxından tanımağınız üçün müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq. - Futbola gəlişini necə xatırlayırsan? - 8-9 yaşım olardı. Məhəllə uşaqları arasında komanda yaratmışdıq. Atam futbolçu olduğundan o, bizim məşqlərimizdə köməklik edirdi. Hətta xatırlayıram ki, formalarımızın arxasına ilk dəfə boya ilə adımızı yazdığımız gün çox sevinmişdik… Bir gün elə alındı ki, "Poti" komandasının gəncləri ilə qarşılaşmalı olduq. Həmin oyun 3:3 hesabı ilə başa çatdı və bizdən bir neçə nəfər o komandaya dəvət olunduq. Beləliklə də, qardaşımla mən ilk addımlarımızı orada atmağa başladıq. - Elə o zamandan yarımmüdafiəçi mövqeyini seçdin, yoxsa? - Bəli, məhəllə futbolundan mən mərkəzdə oynamağı xoşlayırdım. Sadəcə, bu yəqin ki, hadisələrin cərəyan etdiyi yerdə olmaq istəyimdən irəli gəlir. İzləyici olmağı xoşlamıram. - Amma qardaşın hücumda oynayır? - Onda məndən fərqli olaraq, qol duyumu daha yaxşıdır. Həmdə, İka Rusiyada olduğumuz müddətdə keçirilən çempionatlarda da həmişə bombardirlik uğrunda mübarizə aparmışdı. Bizim çox az olan fərqlərimizdən biri də budur. - Azərbaycana gəlişini necə xatırlayırsan? - Biz Stavropolun "Dinamo" komandasında öz yaş qru-pumuzda çıxış edirdik. Ra-sim Abışov də əvvəllər "Dinamo"nun heyətində oyna-dığından o, bizi klubun gənc komandasının üzvləri kimi tanıyırdı. Sonradan bizə Azər-baycana gəlməyi təklif elədi. - Niyə məhz "Gəncə" ko-mandasına? - Bunu deyə bilmərəm. Sadəcə, biz yaxşı məşqçisi olan klubda oynamaq istədiyimizi ona bildirmişdik. O da bizi bu komandaya təklif elədi. 10-15 günlük baxışdan sonra Şahin müəllim bizlə müqavilə imzalayacağını bildirdi. Beləliklə də biz Azərbaycanda qaldıq. - İlyarımdır ki, Azərbaycan-dasan. Bu müddətdə ən yad-da qalan oyunun hansıdır? - Ötən il "Karvan"la oyun ən yadda qalan oyunumdur. Oyun 1:1 hesabı ilə başa çatdı. - Səhv etmirəmsə, ilk qolun da məhz bu komanda ilə oyuna təsadüf etdi. - Bəli, 20-25 metrlik məsafədən zərbəm dəqiq və gözəl alındı. Yaddaşımdan silin-məyəcək bir gün idi.. - Necə alındı ki, sən "Qarabağ"lı oldun? - Əvvəlki komandamda işlər normal gedirdi. 1 il "Gəncə"də oynadım, ilk dövrədən sonra da 4-cü yerdə idik. Lakin birdən-birə məşqçi dəyişikliyindən sonra baş verən hadisələr komandanın dağılmasına səbəb oldu. Bu dövrədə müxtəlif variantlar meydana çıxdı ki, onların içərisindən də mən və qardaşım "Qarabağ"ı daha üstün tutduq. - 4 aydır ki, "Qarabağ"dasan. Komandada xoşuna gələn və gəlməyən xüsusiyyətlər nədir? - Ən əsası odur ki, bura gəldiyimə görə indi sevi-nirəm. Çünki, "Qarabağ" gözlədiyimdən də yaxşı ab-havası olan klub oldu. Burada hər şey ürəyimcədir. Uşaqlarla münasibət, məşqçi heyəti və əlbəttə, rəhbərlik. - "Qarabağ"da bütün oyunlarda əsas heyətdə yer alırsan. Son matçın da ən yaxşılarından idin. Gözəl qola imza atdın. Təəssüratların necədir? - Ən yaxşı olmaq mənim üçün elə də əhəmiyyət kəsb etmir. Əsas odur ki, komandanın uğurunda pay sahibi olasan. Qoluma gəlincə, bu qol həqiqətən mənim də xoşuma gəldi. 25-27 metrlik məsafədən zərbəm çox gözəl alındı. Bu qola görə uşaqlara təşəkkür edirəm ki, belə şərait yaratdılar. Mənə görə, komandamızın qazandığı uğurun əsası kollektivimizdə yaranan birlik, nizam-intizam və qələbəyə inamdır. - Həm də "Qarabağ" kubokun finalçısıdır. Səncə, kuboku ala biləcəyikmi? - "Qarabağ" son ölkə kubokunun sahibini yarışdan kənarlaşdırdısa, çempionu arxada qoydusa, kuboku başı üzərinə qaldırmağa ən layiqli komandanın bizim olduğumuzu düşünürəm. "Qarabağ" bütün heyəti ilə buna layiqdir. Çox istərdim ki, rəhbərliyimizə, prezidentimizə onun komandaya elədiklərinin müqabilində kubok hədiyyəsi edək.

Paylaş