QOQA BERAYA: “UĞURUMUZUN ƏSASI – KOMANDAMIZDA YARANAN BİRLİYİMİZDİR !”

single-news
16 May 2006

QOQA BERAYA: “UĞURUMUZUN ƏSASI – KOMANDAMIZDA YARANAN BİRLİYİMİZDİR !”



Qoqa Beraya - son matçın qəhrəmanı... 0:1 məğlub durumda olan komandanı öz arxasınca aparmağı bacaran futbolçumuz ikinci hissənin ilk dəqiqələrində 25 metrlik məsafədən mükəmməl zərbəsi ilə rəqib qapıçısına heç bir şans qoymadı. Məhz bu qol komandanın qələbəsi üçün dönüş anı oldu... Futbolçu ilə daha yaxından tanış olun: - Futbola gəlişini necə xatırlayırsan? - 8-9 yaşım olardı. Məhəllə uşaqları arasında komanda yaratmışdıq. Atam futbolçu olduğundan o, bizim məşqlərimizdə köməklik edirdi. Hətta xatırlayıram ki, formalarımızın arxasına ilk dəfə boya ilə adımızı yazdığımız gün çox sevinmişdik. Beləliklə də biz komanda halında başqa komandalarla yoldaşlıq oyunları oynayırdıq. Bir gün elə alındı ki, “Poti” komandasının gəncləri ilə qarşılaşmalı olduq. Həmin oyun 3:3hesabı ilə başa çatdı və bizim komandadan bir neçə nəfər o komandaya dəvət olunduq. Beləliklə də, qardaşımla mən ilk addımlarımız oradan atmağa başladıq... - Elə o zamandan yarımmüdafiəçi mövqeyini seçdin, yoxsa... - Bəli, məhəllə futbolundan mən mərkəzdə oynamağı xoşlayırdım. Sadəcə,bu yəqin ki, hadisələrin cərəyan etdiyi yerdə olmaq istəyimdən irəli gəlir. İzləyici olmağı xoşlamıram. - Amma qardaşın hücumda oynayır.... - Onda məndən fərqli olaraq, qol duyumu daha yaxşıdır. Həmdə, İka Rusiyada olduğumuz müddətdə keçirilən çempionatlarda da həmişə bombardirlik uğrunda mübarizə aparmışdır. Bizim çox az olan fərqlərimizdən biri də budur. - Azərbaycana gəlişini necə xatırlayırsan? - Biz Stavropolun “Dinamo” komandasında öz yaş qrupumuzda çıxış edirdik. Rasım Abuşev də əvvəlllər bu komandanın heyətində oynadığından o, bizi klubun gənc komandasının üzvləri kimi tanıyırdı. Sonradan bizə Azərbaycana gəlməyi təklif elədi... - Niyə məhz “Gəncə” komandasına? - Bunu deyə bilmərəm. Sadəcə, biz yaxşı məqşçisi olan klubda oynamaq istədiyimizi ona bildirmişdik. O da bizi bu komandaya təklif elədi. 10-15 günlük baxışdan sonra Şahin müəllim bizlə kmüqavilə imzalayacağını bildirdi. Beləliklə də biz Azərbaycanda qaldıq. - İl yarımdır ki, Azərbaycandasan. Bu müddətdə ən yadda qalan oyunun? - Ötən il “Karvan”la oyun ən yadda qalan oyunumdur. Oyun da 1:1 hesabı ilə başa çatdı. - Səhv etmirəmsə, ilk qolun da məhz bu komanda ilə oyuna təsadüf etdi. - Bəli, 20-25 metrlik məsafədən zərbəm dəqiq və gözəl alındı. Yaddaşımdan silinməyəcək bir gün idi.. - Necə alındı ki, sən “Qarabağ”lı oldun? - Əvvəlki komandamda işlər normal gedirdi. 1 il o komandada oynadım, ilk dövrədən sonra da 4 –cü yerdə idik. Lakin birdən birə komandada məşqçi dəyişikliyindən sonra baş verən hadisələr komandanın dağılmasına səbəb oldu. Bu dövrdə müxtəliv variantlar meydana çıxdı ki, onların içərisindən də mən və qardaşım “Qarabağ”ı daha üstün tutduq. - 4 aydır ki, “Qarabağ”dasan. Komandamızda xoşuna gələn və gəlməyən xüsusiyyətlər nədir? - Ən əsası odur ki, komandaya gəlişimə görə indi sevinirəm. Çünki, “Qarabağ” gözlədiyimdən də yaxşı ab havası olan komanda oldu. Burada hər şey ürəyimcədir. Uşaqlarla münasibət, məşqçi heyəti və əlbətdə rəhbərlik. - “Qarabağ”da bütün oyunlarda əsas heyətdə yer alırsan. Son matçın da ən yaxşılarından idin. Gözəl qola imza atdın. Təəssüratların.. - Ən yaxşı olmaq mənim üçün elə də əhəmiyyət kəsb etmir. Əsas odur ki, komandanın uğurunda pay sahibi olasan. Qoluma gəlincə, bu qol həqiqətən mənim də xoşuma gəldi. 25-27 merlik məsafədən zərbəm çox gözəl alındı. Bu qola görə uşaqlara təşəkkür edirəm ki, belə şərait yaratdılar. Mənə görə, komandamızın qazandığı uğurun əsası kollektivimzə yaranan birlik, nizam intizam və qələbəyə inamdır. - Həm də “Qarabağ” kubokun finalçısıdır. Səncə, kuboku ala biləcəyikmi? - “Qarabağ” son ölkə kubokun sahibindən kuboku aldı, çempionu arxada qoydusa kuboku başı üzərinə qaldırmağa ən layiqli komandanın bizim olduğumuzu düşünürəm. “Qarabağ” bütün heyəti ilə buna layiqdir. Çox istərdim ki, rəhbərliyimizə, Prezidentimizə onun komandaya elədiklərinin müqabilində kubok hədiyyəsi edək...

Paylaş

// pop up