QRAVESEN QAYITMIR - O "REAL"DA QALACAQ!

single-news
18 May 2005

QRAVESEN QAYITMIR - O "REAL"DA QALACAQ!



"Real" Madrid klubunun futbolçusu Tomas Qravesenə aid son zamanlar ingilis mətbuatında müxtəlif xəbərlər yer alır. Bu xəbərlər içərisində, Qravesenin gələn sezondan "Everton"un heyətində oynayacağı da var. Buna dözə bilməyən futbolçunun meneceri Djon Sivebak açıqlama vermək qərarına gəlib: "Mən bilmirəm bu məlumatlar haradan qaynaqlanır. Bu spekulyasiyadan başqa bir şey deyil. Tomas "Real"da heç də pis çıxış etmir, Madrid şəhərini də o sevir. Mən onun oynadığı komandanı başqasına dəyişməsinə elə bir səbəb görmürəm." Xatırladaq ki, Qravesen Kral klubuna yanvar ayından 5 milyon Avroya gəlib və davamlı olaraq, əsas heyətdə yer alır.

Paylaş