Qurban Qurbanov: "1 xal qazandıq və iki xal itirdik"

23 Fev 2019
Qurban Qurbanov: "1 xal qazandıq və iki xal itirdik"
Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və iki xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".