Qurban Qurbanov 15-ci dəfə ən yaxşı baş məşqçi seçildi

single-news
15 Dek 2025

Qurban Qurbanov 15-ci dəfə ən yaxşı baş məşqçi seçildi



“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda Azərbaycanın ən yaxşı məşqçisi seçilib.

53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub.

63 jurnalistin iştirak etdiyi sorğuda Qurban Qurbanov 58 səs toplayıb. Bu nəticə ilə o, artıq 15-ci dəfə ölkəmizin ən yaxşı məşqçisi adına layiq görülüb.

Paylaş

// pop up