Qurban Qurbanov 2010-cu ilin ən yaxşı məşqçisi oldu (qol.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
20 Dek 2010
Qurban Qurbanov 2010-cu ilin ən yaxşı məşqçisi oldu (qol.az)
Populyar «Komanda» qəzetinin idman jurnalistləri arasında keçirdiyi rəy sorğusunun nəticəsinə əsasən, Qurban Qurbanov 2010-cu il üçün Azərbaycanın ən yaxşı məşqçisi seçilib. Qol.Az-ın xəbərinə görə, Qurbanov 45 respondentin 40-nın səsini qazanıb. Nazim Süleymanоv 3,
Berti Fоqts isə cəmi 2 səs toplayıb.
Qeyd edək ki, «Qarabağ»ın baş məşqçisi ardıcıl ikinci ildir bu nominasiyada qalib olaraq adını tarixə yazdırıb.
Yeri gəlmişkən, Qurban Qurbanovun başçılığı altında «Qarabağ» bu il ölkə çempionatının bürünc medallarını qazanıb, Avropaliqada üç mərhələ adlayaraq «Pley-off» mərhələsinə qədər gəlməyi bacarıb.
«Komanda» qəzetinin sorğusunda ilin yaxşı futbolçusu adını isə hazırda Türkiyənin «Eskişehirspor» klubunda çıxış edən millimizin kapitanı Rəşad Sadıqov qazanıb. İkinci pilləni Əfran Ismayılоv (55 səs), ücüncü yeri isə Mahir Şükürоv (53) tutub.