Qurban Qurbanov: "3 gün vaxtımız var və çalışacağıq ki hazır olaq"

single-news
17 Dek 2018

Qurban Qurbanov: "3 gün vaxtımız var və çalışacağıq ki hazır olaq"



Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"ımız "Keşlə"ni 1: hesabıyla məğlub etdi. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: 

 

"Gözləyirdik ki, çətin oyun olacaq. Ağır səfərdən qayıtmışdıq və yorğunluq hiss olunurdu. Həm nəticədən, həm də oyundan razı qaldım. Futbolçular həm toplu, həm də topsuz yaxşı oynamağa çalışdılar. Son görüşü çıxsaq, bu komandaya qarşı həmişə çətin oynamışıq. Rəqib kubok matçlarında çox uğurlu çıxış edir. Bu gün də bunun şahidi olduq. Çempionat və kubok oyunları tam fərqli olur. 1:0 qələbədi, amma cavab matçında daha diqqətli olmalı və mübarizə aparmalıyıq. Futbolçuları təbrik edirəm. 3 gün vaxtımız var və çalışacağıq ki hazır olaq". 

Paylaş

// pop up