Qurban Qurbanov - 40!
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5188.jpg)
13 Apr 2012
Qurban Qurbanov - 40!
Bugün `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. 2008-ci ilin Avqustundan etibarən `Qarabağ`ımızın baş məşqçisi olan Qurban Qurbanovun bugün 40 yaşı tamam olur. Artıq `Qarabağ`ı ən uzun müddətə çalışdıran məşqçi kimi tarixə düşən Qurban Qurbanov `Qarabağ`la 1 ölkə kuboku və 2 bürünc qazanıb. Onun başçılığı altında `Qarabağ` 3 Avrokubok mövsümündə 7 mərhələ keçməklə Azərbaycan rekordu müəyyənləşdirib.
`Qarabağ` Futbol Klubunun kollektivi Qurban Qurbanovu doğum günü münasibətiylə təbrik edir, ona ailə xoşbəxtliyi və bol idman uğurları arzulayır. Ümid edirik ki, baş məşqçimiz Qurban Qurbanovla çempionluq və Avrokuboklarda qrup mərhələsi yaşayacağımız gün uzaqda deyil.
40 yaşın mübarək, Qurban müəllim....