Qurban Qurbanov - 49!

13 Apr 2021
Qurban Qurbanov - 49!
Bu gün komandamızın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.
49 yaşı tamam olan Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ı çalışdırır. Bu müddət ərzində komandamız Qurban Qurbanovun rəhbərliyi ilə ardıcıl 7 dəfə Azərbaycan çempionu olub, həmçinin 4 dəfə ölkə kubokunu qazanıb.
Komandamız Qurban Qurbanovun başçılığı ilə 6 dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Bundan əlavə, “Qarabağ” 2017/2018 mövsümündə Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.
Baş məşqçimizi təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayırıq!