Qurban Qurbanov: "Ağır dövrdü, diqqətli olmalıyıq"

single-news
27 Sen 2019

Qurban Qurbanov: "Ağır dövrdü, diqqətli olmalıyıq"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının VI turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt"ı 2:0 hesabıyla məğlub edib. Baş məşqçimiz Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: 

 

"Futbolçularımı təbrik edirəm. Ağır qrafikdəyik. Futbolçuları oyuna maksimum motivasiya etmək çətindi. Həm fiziki, həm psixoloji yorğunluq hiss olunur. Səhvlər var, amma komanda meydana qələbə üçün çıxır və buna hazırlaşır. Komandada yorğunluq hiss etdik. Amma bunu normal qəbul edirəm. Ağır dövrdü, diqqətli olmalıyıq. Belə sıx qrafik istər-istəməz problemlərə gətirib çıxarır. “Düdelanj”la oyuna qədər bir neçə günümüz var. Çalışacağıq ki, bütün futbolçuları normal səviyyəyə gətirək".

Paylaş