Qurban Qurbanov: "Ağır oyunda vacib qələbə qazandıq"

single-news
17 Fev 2019

Qurban Qurbanov: "Ağır oyunda vacib qələbə qazandıq"



Azərbaycan Premyer Liqasının XVII turunda "Qarabağ"ımız "Qəbələ"ni 2:1 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Ağır oyunda vacib qələbə qazandıq. “Qəbələ”nin oyununu xüsusi qeyd etmək istəyirəm. Qış hazırlığından sonra yaxşı mənada dəyişiklik hiss olunur. Onlara da uğur arzulayıram. Qarşımıza hər oyun daha yaxşı çıxış etməyi və qələbə qazanmağı məqsəd qoymuşuq. Qarşıda xal itkiləri çox olacaq. Çempionat ağır keçir. Gərginlik var idi və bir qədər hiss olunurdu".

Paylaş

// pop up