Qurban Qurbanov Almaniyaya yollandı
4 Sen 2011
Qurban Qurbanov Almaniyaya yollandı
`Qarabağ`ımızın baş məşqçicisi Qurban Qurbanov bu gün Almaniyaya yola düşüb. Daha öncədən xəbər verdiyimiz kimi komandamızın çalışdırıcısı Dortmund `Borussiya`sının düşərgəsində təcrübə mübadiləsi keçəcək. `Qarabağ`ımızın baş məşqçisi Almaniya çempionun məşqlərini izləyəcək, infrastrukturuyla tanış olacaq. Qurban bəyin `sarı-qara`ların baş məşqçisi Yurgen Kloppla görüşü də nəzərdə tutulub. Baş məşqçimizi klubumuzun əməkdaşı Anar Məmmədli müşayət edir.
Qurban müəllim Almaniyada Sentyabrın 10-nuna qədər qalacaq. Sentyabrın 11-ində vətənə dönəcək çalışdırıcımızın həmin gün premyerliqa çərçivəsində baş tutacaq `Sumqayıt-Şəhər`lə oyuna yetişəcəyi gözlənilir.