Qurban Qurbanov: "Asan qələbə olmadı"

single-news
6 Okt 2019

Qurban Qurbanov: "Asan qələbə olmadı"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının VII turunda "Sabah"ı 2:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Həm çempionat, həm avrokubok oyunlarına çıxırıq. Futbolçularda istək həddən artıq çox olmalı idi. Həm fiziki, həm psixoloji yorğunluq var. Avrokubokdan sonra çempionata köklənmə problem ola bilərdi. Amma çox aktiv göründülər. “Sabah”a uğur arzulayıram. Asan qələbə olmadı. Çox istəkli rəqib gördük. Şükür olsun ki, 3 xal qazandıq".

Paylaş