Qurban Qurbanov: "Avroliqanın pley-off-u haqda fikirləşməliyik"

single-news
14 Avq 2018

Qurban Qurbanov: "Avroliqanın pley-off-u haqda fikirləşməliyik"



"Qarabağ"ımız Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Belarusun BATE klubuyla 1:1 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik".

Paylaş